Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İsmayıllı, Ağcabədi və Lerik rayonları ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılmışdır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalarla İsmayıllı rayonu Tircan kəndində, Ağcabədi şəhəri ərazisində yerləşən “Üzeyir Hacıbəyli təsərrüfatı” adlanan ərazidə dövlət mülkiyyətində olan pay torpağında meşə fonduna daxil olmayan, Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində meşə fonduna daxil olan ümumilikdə 341 ədəd ağac və kolun kəsilməsi, habelə təbii fəlakət nəticəsində aşmış 32 ədəd müxtəlif cinsli ağacların gizli olaraq talanması nəticəsində təbiətə 42 min manatdan çox ziyanın dəyməsi müəyyən edilib.
Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 177.1 (oğurluq), 259.1 (qanunsuz ağac kəsmə) və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Qanunsuz ağac kəsilməsi ilə bağlı növbəti cinayət işi başlandı
08
dekabr
16:32

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat