Baş Prokurorluqdan 7NEWS.az-a verilən məlumata görə öz qanunazidd əməlləri ilə ölkəmizdəki ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən ardıcıl mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaş müraciətləri, kütləvi informasiya vasitələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında, Zaqatala, İsmayıllı, Goranboy, Lerik və Bakı şəhərinin Xətai rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılmışdır.
Aparılmış araşdırmalarla Xətai rayonunda dövlət mülkiyyətində olan ərazidə, Zaqatala rayonunun Fındıqlı, İsmayıllının Quşencə, Goranboyun Yolqullar bələdiyyələrinin ərazilərində meşə fonduna daxil olmayan, həmçinin Lerikin Razvondabad meşəbəyliyinin ərazisində meşə fonduna daxil olan ağacların müvafiq icazə olmadan qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 24 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilmişdir.
Araşdırmalarla bəzi aidiyyəti vəzifəli şəxslərin yaşıllıqların mühafizəsi sahəsində üzərlərinə düşən vəzifələrin icrasına səhlankar yanaşmasına, vəzifədən sui-istifadə və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti rayon prokurorluqlarına göndərilmişdir.
Ekologiya nazirliyində böhran: SƏHLƏNKARLIQ, VƏZİFƏDƏN SUİ-İSTİFADƏ, QANUNSUZ AĞAC KƏSMƏ (RƏSMİ)
13
iyun
13:50

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat