Azərbaycanda bir neçə aydır ki, koronavirus pandemiyasına görə iri ticarət mərkəzləri və "Mallar"ın fəaliyyətinə icazə verilmir. Qeyd edək son həftələr karantin rejimində mərhələli şəkildə yumşalmalar aparılır. Növbəti həftə də karantin rejimindəki yumşalmanın iri ticarət mərkəzlərinə və "Mallar"a şamil edilməsi gözlənilir.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, may ayında iri ticarət mərkəzləri və "Mallar" açıldı:
"O zaman qaydaları müəyyənləşmişdi. Maskasız "Mallar"a giriş qadağan idi. Amma spirt və temperaturun ölçülməsi yoxdur. Çünki orada kütləvilik daha çoxdur. Belə ki, bir dəfəyə 10-15 nəfər daxil ola bilir. Bunu etmək çətindir. Bu gün orta məktəblərdə tədbiq edilən qaydaları "Mallar"a da etmək olar belə ki, girişdə insanların temperaturu ölçülüb, əşyaları dezinfeksiya olunub içəri buraxmaq olar. Əslində bunu yoxlama tədbiri kimi qiymətləndirmək olar.Təbii ki, hərarəti olan insan barəsində də tədbir görmək lazımdır. "Mallar"da da temperatur ölçülməli, sosial məsafə qorunmalı və dezinfeksiya məhlularından istifadə olunmalıdır. Ən önəmlisi isə qurup halında "Mallar"a girişə icazə verilməsin. Yəni bir dəfəyə 10 nəfərin içəriyə girməsinə qadağa qoyulsun. Girişdə 3-5 nəfərdən çox adam içəri buraxılmasın. Belə bir qaydalarla "Mallar"ı açmaq olar. Əlbəttə "Mallar"ın içərisinə də sayla insanlar içəri buraxılmalıdır. "Mallar"dakı mağazalarda 3-4 satıcı işləyir. Onlardan biri qapıda dayansın və insanların sayını nizamlasın. Yəni bir dəfəyə 5-6 nəfərdən çox insan daxil olmasına icazə verməsin. Eyni vaxtda 20 nəfər içərdə olmasın. Burada məqsəd kütləviliyin qarşısını alaraq yoluxmanın artmasını əngəlləməkdir".
Gələn həftədən bu qaydalarla "Mallar" açıla bilər - AÇIQLAMA
19
sentyabr
13:39

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat