Bu barədə şəhidin yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
Bildirilib ki, şəhidin atası Siyavşah Hacıyev Göyçay rayonunda vəfat edib. Mərhum bu gün rayonun Çayarxı kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, 1991-ci il təvəllüdlü şəhid Toğrul Hacıyev Göyçayın Çayarxı kəndində anadan olub. 2020-ci il oktyabrın 25-də Xocavənd döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.