Yoluxucu xəstəliklərin sayının artması ilə əlaqədar mütəxəssislər dünyada antibiotik qıtlığının yarandığını qeyd edirlər.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərman təchizatı qrupunun rəhbəri Liza Hedman məlumat verib.
ÜST tərəfindən məlumatların toplandığı 35 ölkənin 80%-də “Penisilin” əsaslı preparatların çatışmazlığı müşahidə olunur. Məsələn, ABŞ və Kanadada “Amoksisillin” qıtlığından şikayətlənirlər. Aİ ölkələrinin böyük əksəriyyəti - 27 ölkədən 25-i həmçinin belə bir problemlə üzləşdikləri barədə məlumat veriblər.
Hedman əlavə edib ki, kiçik ölkələrdə bununla bağlı vəziyyət barədə daha az məlumatlar daxil olur. Amma buna baxmayaraq bu dövlətlər daha çox zərər çəkə bilər. Xüsusən də onların milli valyutası ucuzlaşıbsa və dərmanları açıq bazardan almaq məcburiyyətindədirlərsə, bu problem daha böyük ola bilər.
Eyni zamanda dərmanların istehsalı üçün komponentlərin tədarükü də çətindir. Enerji daşıyıcılarının bahalaşması həm də dərman istehsalçılarının gəlirlərinin azalmasına səbəb olub.
Mənbə: “The Financial Times”
ÜST bəyan etdi: “Dünyada antibiotik çatışmazlığı var”
22
dekabr
11:24

Qarabağ
KOMMENTLƏR
Dünyanın ən böyük şəkər istehsalçısı ixracı məhdudlaşdırır Ətraflı
TƏBİB-dən antibiotiklərlə bağlı XƏBƏRDARLIQ
Koronavirusun daha təhlükəli ştamı yaranacaq - ÜST-dən XƏBƏRDARLIQ
Bu dərmanların istifadəsi yolverilməzdir, vəziyyəti ağırlaşdırır
Koronavirusdan sonra dünyanı gözləyən dəhşət - ÜST rəsmisi AÇIQLADI
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat