Bu barədə Bakı Slavyan Universiteti məlumat yayıb.
Qeyd edək ki, professor Elmira Abdulla qızı Rəhimova Ağdaş şəhərində anadan olub. O, 1962-ci ildə Ağdaş şəhər orta məktəbini bitirib və Pedaqoji Dillər İnstitutuna daxil olub. Həmin institutu 1967-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1971-1974-cü illərdə aspiranturada təhsil alıb.
Aspiranturanı bitirdikdən sonra, 1976-cı ildə “Azərbaycanda yaşayan rus yazıçılarının 1920-30-cu illərdə ədəbi fəaliyyəti” mövzusunda namizədlik, 1995-ci ildə isə “ Azərbaycan xalq qəhrəmanlıq dastanlarının rus dilinə tərcümələrinin tarixi və təcrübəsi (“Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarının materialları əsasında)” doktorluq dissertasiyasını müdafiə edib. 1980-82-ci illərdə yüksəkixtisaslı mütəxəssis kimi Kubanın Havana Universitetində çalışıb, orada rus dili və ədəbiyyatını tədris edib.
Respublika Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı olub.
