
Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, Karin Şorcyan ad-soyadlı Livan əsilli axçi “Teach For Armenia”(“Ermənistan üçün müəllim”) iki illik proqramı çərçivəsində Azərbaycan torpağında sülənən ermənilərin balalarına bədən tərbiyəsi dərsi keçir.
“Artsax Livandan çox uzaqda olsa da, bura bizim vətənimizdir. Burada dəstəkləməli olduğumuz bacı və qardaşlarımız yaşayır...”- deyə 21 yaşlı erməni qızı vurğulayır.
P.S. Deyir, ağıllı fikirləşincə dəli vurub çayı keçdi. Biz 30 il tarixi-hüquqi ərazimiz olan Qarabağa qayıtmaq yollarını fikirləşincə ermənilər artıq Livandan da torpaqlarımıza köçüb gəlirlər...
Sultan Laçın