Ölkə ərazisində qış fəslinə uyğun olmayan isti hava şəraiti müşahidə olunur. Bəzi Avropa ölkələrində olduğu kimi ölkəmizdə də ilin ilk günlərində hava şəraiti yağmursuz keçir, cənub küləkləri üstünlük təşkil edir.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 15 dərəcəyədək isti, dağlıq rayonlarda isə 7-12 dərəcə isti qeydə alınıb. Hazırda havanın temperaturu iqlim normasından 5 dərəcəyədək yüksəkdir.
"Ölkə ərazisində nisbətən yüksək temperatur qeydə alınsa da, lakin bu ay üçün rekord deyil. Belə ki, 2007 və 2019-cu illərdə Bakıda havanın maksimal temperaturu 20.1 dərəcə isti olub".
Xidmət rəisi onu da qeyd edib ki, yaxın günlərdə hava şəraitində dəyişiklik olmayacaq. Lakin, yanvarın 4-ü gündüzdən 8-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə arabir güclənən cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
"Yanvarın 5-də gün ərzində hava şəraitinin əsasən şərq rayonlarında az yağıntılı olacağı, dağlıq rayonlarda isə zəif qar yağacağı ehtimalı var".
Bu tarixdə qar yağacaq
03
yanvar
14:45

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər