Tərtərdə mənşəyi məlum olmayan toyuq əti satışının qarşısı alınıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Tərtər rayonu, H.Əliyev prospektində yerləşən “Tərtər Ticarət Mərkəzi” MMC-nin ərazisində Kazımov Kamran Vladik oğluna məxsus 99-RR-148 dövlət qeydiyyat nişanlı, “Gelly” markalı ağ rəngli minik avtomobilinin yük yerinə keçirilən baxış zamanı mənşəyi məlum olmayan quş ətləri aşkar olunub.
Belə ki, quş ətlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilmədiyi, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, həmçinin temperatur rejiminə əməl edilmədən və kənd toyuğu adı altında satışının həyata keçirildiyi müəyyən edilib.
Müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub və məhsullar qanunvericiliyin tələblərinə uyğun olaraq saxlanca qoyulub. Araşdırmalar davam etdirilir.
Tərtərdə mənşəyi məlum olmayan toyuq ətləri aşkarlandı
05
yanvar
17:01

Qarabağ
KOMMENTLƏR
“Tel Bulağı” restoranında nöqsanlar aşkarlandı
Bakıda dükanlarda yararsız məhsulların satışı faktı aşkarlandı
Avtomobilin yük yerindən istehlaka yararsız 120 kiloqram ət aşkar olundu - FOTO
Yevlax bazarında nehrə yağı adı ilə bitki yağları satılır - FOTO
Bakıda toyuqları rəngləyib satan sex aşkarlanıb - VİDEO
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər