Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində 24 yaşlı Nurməmmədova Ülkər Sadiq qızı dayısının həyat yoldaşı tərəfindən döyülüb.

İnsidentlə bağlı Yenisabah.az-a zərərçəkənin anası Əliyeva Nərmin İbrahim qızı müraciət edib. Valideynin sözlərinə görə, hadisə 20 sentyabrda xanımın atasına məxsus bağ evində baş verib:

“Atamın Nardaranda bağ evi var. Qardaşım Fuad Əliyev həyat yoldaşı Esmiralda Şəkinskaya və övladı ilə oraya istirahətə gedib. İlk əvvəl bildirib ki, o evi atam övladlarına bağışlayıb və həmin evdən mənə də pay düşür. Lakin mən onu öz istəyimlə 6-7 il əvvəl rəsmi şəkildə qardaşıma bağlamışam. Bizim qardaşımgillə münasibətimiz bir qədər soyuqdur, lakin aramızdakı problem heç vaxt bu həddə çatmayıb. Mən bazar günü qış əşyalarımı götürmək üçün bacım Təranə xanım və onun oğlu ilə həmin evə getdim. Bu zamana qardaşım və onun yoldaşı həyətdə idi, onlar getdiyim üçün narazılıq etdilər. Daha sonra qardaşım uşağı ilə küçəyə çıxdı. Yoldaşı isə biz əşyaları yığanda otağa gəldi. Bacımgil isə həmin vaxt həyətdə idilər. Mən əşyaları yığdıqca Esmiralda mənə təhqiramiz ifadələr işlətməyə başladı. Mən də öz növbəmdə ona cavab verdim və bizi aramızda bir növ söz davası yarandı və mənə daha ağır sözlər deməyə başladı. Bu səbəblə əşyalarımı yığanadək ondan otaqdan çıxmasını istədim. Lakin o, söz vuraraq məni itələməyə başladı”.

Həmsöhbətimizin sözlərinə görə, bu vaxt qızı onu müdafiə etmək istəyib, lakin buna razı olmayıb. Qızını uzaqlaşdırmaq istəyəndə, Esmiralda əli ilə qızımın üzünü cırıb:

"Bizim hadisə zamanı ona qəti şəkildə əlimiz dəyməyib. Qızımın üzündən qan axdığını görüb qışqırdım. Bacımgil hadisəni gördü, lakin səs-küy olduğunu görə çıxıb getdilər. Qardaşım gəlib qızımın vəziyyətini gördü, amma heç nə etmədi. Əgər həmin vaxt qardaşım qızmın qeydinə qalsadı, onu həkimə aparsaydı, mən heç yerə müraciət etməzdim. Esmiralda dırnaqları ilə qızımın üzünü parçalayıb. Bu adi cızıq deyil, gözü, burun nahiyəsi, yanağı, boğazı cırılıb. Mən də əlacsız qalıb DİN-in “102” qaynar xəttinə zəng vurdum, çünki qızımın üzü qan içində idi. İndi onlar hansısa sayta açıqlamasında özlərini müdafiə etmək üçün bizim uşaqlarına xətər yetirdiyimizi deyirlər, lakin bu, mümkünsüzdür. Fuad uşaqla küçədə olub. Onların küçədə olması ilə bağlı hər hansı şübhə varsa, qonşu həyətlərdə kamera var, ona baxa bilərlər. Biz polis çağırdıq, polis gələnədək qardaşım Fuad yoldaşı Esmiraldanı və uşağını maşına mindirib qaçdı. Polis gələndə qardaşımın nömrəsini istədi, verdik, lakin qardaşım onlarla danışanda etiraz edib evə gəlmək istəmədiyini dedi. Nəticədə 42-ci Polis Bölməsinə gedərək orada izahat verdik. Orada tədqiqatçı Fuada bir daha zəng edib çağırdı. Sabahı gün bizə sənəd verdilər və biz ekspertizaya getdik. Əgər qızım və mən onun uşağına xətər yetirmişdiksə, onlar da ekspertizaya gedə bilərdi. Özləri də yaxşı bilir ki, biz qardaşımın uşağına əlimizi belə vurmamışıq. Sabunçu rayon xəstəxanasında qızımın üzünə baxdılar, onu rentgenə saldılar. Lakin ekspertiza bizə həmin gün hər hansı bir söz demədi. Axşam evə getdikdə qızımın vəziyyətinin biraz daha pisləşdiyini gördüm, üzü tamamilə şişmişdi və bu zamanla keçəcək bir şey deyildi. Sabahı gün ekspertizadan adi cızıq olduğu deyildi. Mən bu fikirlə razı deyiləm. Buna baxanda sıradan bir cızıq olmadığı görünür. Buna görə mən başqa həkimə getdim, lakin məlumdur ki, başqa bir həkimin rəy verməyə ixtiyarı yoxdur. Həkim bunun şıram olduğunu, getməyəcəyini, mütləq şəkildə plastik əməliyyata ehtiyac olduğunu bildirdi. Mən dərhal sonra erkspertizaya gedib rəylərinə irad bildirdim. Mənim təkidimdən sonra üzdə ləkə qala biləcəyini qəbul etdilər”.

Nərminə Əliyeva qardaşından qızının üzünü əməliyyat etdirməsini istədiyini vurğulayıb:

“Əsas şikayətim bu yöndədir. İki gündür mən onun üzünə maz çəkirəm, amma heç nə dəyişməyib. Polis ekspertizanın rəyinə əsasən, hərəkət ediləcəyini bildirir. Ekspertiza isə düzgün rəy vermir. Mən nə etməliyəm? Çox çıxılmaz bir vəziyyətdir. Qardaşım və yoldaşı vəzifələrindən istifadə edirlər. Onlar hadisə baş verən gün dərhal kiməsə zəng etdilər və göstəriş verdilər. Mənim uşağımın üzünü əvvəlki vəziyyətə salsınlar. Mən ilk dəfədir ki, belə vəziyyətə düşürəm”.
скачать dle 12.1