TƏBİB-in tabeliyində olan tibb müəssisələrində xüsusiləşdirilmiş vərəm əleyhinə xəstəxanalarda vərəmlə mübarizə üzrə göstərilən xidmətlər təkmilləşdirilir.
TƏBİB-dən verilən məlumata görə, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində vərəm xəstəliyinin aşkarlanması, diaqnostikası və müalicəsi üzrə görülən tədbirlərin keyfiyyətinin yüksəldilməsi, dərmanlara davamlı vərəmli xəstələrin stasionar müalicəsinin mərkəzləşmiş qaydada təşkili, vərəm əleyhinə müəssisələrin infrastrukturundan səmərəli istifadə təmin ediləcək.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, strukturun təkmilləşdirilməsi, şəraitin daha yaxşılaşdırılması məqsədi ilə “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin (Mərkəz) strukturuna daxil olan 7 nömrəli Vərəm Əleyhinə Dispanser Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi 50 a ünvanına köçürüləcək.
Eyni zamanda, bundan sonra çox sayda dərmana davamlı vərəmə yoluxmuş vərəm çöplərinin ifrazına görə müsbət və mənfi xəstələrin müalicəsi Mərkəzin strukturuna daxil olan 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının, geniş sayda dərmana davamlı vərəmə yoluxmuş vərəm çöplərinin ifrazına görə müsbət və mənfi xəstələrin müalicəsi isə 9 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının bazasında ayrılan şöbələrdə təşkil ediləcək.
7 nömrəli Vərəm Əleyhinə Dispanser köçürüləcək
13
yanvar
11:20

Qarabağ
KOMMENTLƏR
Daha iki xəstəxana Kliniki Tibbi Mərkəzin tabeliyinə verildi
Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı
Bu xəstəxanalarda da pulsuz tibbi xidmət ala bilərsiniz - Siyahı
Ramin Bayramlının səlahiyyətləri departament rəhbərinə verildi - Rəsmi
TƏBİB-in tabeliyində olan tibb müəssisələrində yoxlamalara başlanıldı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat