Türkiyəli mütəxəssis qış aylarında qapalı məkanda allergik uşaqları gözləyən təhlükələr barədə valideynlərə xəbərdarlıq edib.
Xarici KİV xəbər verir ki, o, dünyada ən çox görülən xroniki xəstəliklərdən birinin allergiya olduğunu nəzərə çarpdıraraq siqaret tüstüsünün allergik xəstəliklərin artmasında təsirli olduğuu deyib.
Uşaqların qışda qapalı məkanlarda daha çox vaxt keçirdiklərini qeyd edən Dos. Dr. Nacaroğlu sözlərinə belə davam etdi:
"Qış aylarında əksəriyyətimizin vaxtı qapalı yerlərdə keçirdiklərindən allergik uşaqlarımız üçün ev kimi qapalı şəraitin əhəmiyyəti daha da artıb. Uşaqlar ev tozu gənələri, kif, pişik və it tükü kimi tənəffüs yolu infeksiyalarına daha həssasdırlar.
Onlar uzun müddət allergenlərə, hava çirkləndiricilərinə və siqaret tüstüsünə məruz qalırlar. Astma diaqnozu ilə təqib edilən allergik uşaqlarda tənəffüs yollarını çirkləndiricilərə bu şəkildə məruz qalma tənəffüs yollarının həssaslığının, astma şikayətlərinin artması və ağciyər funksiyasının azalması kimi ciddi problemlərə səbəb olur".
Eyni zamanda, həkim evin havasını çirkləndirən qızdırıcılar uşaqları təhlükəyə saldığını diqqətə çatdırıb:
"Evdəki hava çirkləndiricilərinə soba, qaz və ya qazla işləyən qızdırıcılar daxildir. Hava çirkləndiricilərinə məruz qalma kimi şikayətlər allergiyası olan uşaqlarda burun axıntısı və burundan sonra damlama, asqırma, öskürək və nəfəs darlığına gətirib çıxara bilər".
Qışda allergik uşaqları bu OTAQLARDAN QORUYUN!
24
yanvar
12:26

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat