Bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli nazir müavini təyin olunub.
Qeyd edək ki, Həsən Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub.
Həsən Həsənli Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.