mtina ediblər.
Növbəti dəfə Tovuz rayonu cənazələri təqdim etmək üçün istiqamət kimi seçilib. Azərbaycan tərəfi sərhəd bölgəsindən cəsədlərin götürülməsini şərt qoysa da, ermənilər yenə də götürmək istəməyiblər.
Beynəlxalq Qızıl Xaç Komitəsi də bu məsələdə çıxılmaz vəziyyətdə qalıb.
Bəs Ermənistan cəbhə xəttindən meyitləri niyə yığmır? Bu, humanitar cinayətdirmi? Azərbaycan bununla bağlı beynəlxaq təşkilatlara müraciət edəcəkmi?
Məsələ ilə bağlı Musavat.com-a danışan deputat Elman Nəsirov bildirib ki, Ermənistanın atəşkəsi pozmasına səbəb elə meyitləri təhvil almaq istəməməsidir:
“Öncə ATƏT-in Minsk Qrupu həmsədrləri, Rusiya, indi də ABŞ vasitəsilə humanitar atəşkəslə bağlı razılaşma əldə olunub. Əsas məqsəd meyitlərin, əsirlərin dəyişdirilməsidir. Hər dəfə Ermənistan razılaşdırılan vaxtdan bir neçə dəqiqə sonra atəşkəsi pozub. Bu dəfə də elə oldu, yaşayış məskənlərimizi hədəfə aldılar. Humanitar atəşkəsin məqsədi bəlli olsa da, Ermənistan cəsədlərini aparmaq istəmir. Çünki meyitlər Ermənistana aparılsa, hansı siyasi tufanın qopacağını proqnozlaşdırmaq çətin deyil. Ermənistan tərəfi indiyə qədər 1000-ə yaxın əsgərinin öldüyünü desə də, bu rəqəm əslində dəfələrlə çoxdur.
Bir müddət əvvəl Naxçıvan Dövlət Təhlükəsizlik Xidməti Ermənistanda bir şöbə müdirinin Ermənistanın müdafiə nazirinə göndərdiyi məktubun elektron variantını əldə etmişdi. Məktubda qeyd edilmişdi ki, gün ərzində İrəvana 100-dən artıq meyit göndərilməsin. Meyitlər göndərilərkən hərbçilərə, həlak olanların valideynlərinə bu haqda məlumat verilməsin. Bu faktın özü göstərir ki, düşmən tərəfinin itkisi həddindən artıq çoxdur. Onlar cəsədləri götürməməyi məqbul sayır. Əks halda, Paşinyan hakimiyyətinin sonu olacaq".
Hərbi ekspert Emin Həsənli bildirib ki, Ermənistanın müharibədə və müharibədən əvvəlki fəaliyyəti beynəlxalq hüquqa ziddir:
“İndiyə kimi ermənilər ən ağır cinayətləri törədiblər, soyqırım, terror, separatizm, işğal, mülki əhaliyə hücum, qanunsuz miqrasiya, indi də meyitlərinin götürülməməsi... Onlar hüquqa hörmət etsəydilər, qanunsuz ərazilərdə o cür cinayət törətməzdilər və öz vətəndaşları qırılmazdı. Ona görə meyitləri götürmürlər ki, əsgərlərin bir qismi xaricdən gələn muzdlular, terroristlərdir. Onları hara təhvil verəcəklər? Bir qismini isə aparmaq istəmirlər ki, əhali ölənlərin çoxluğunu görüb, ayağa qalxar. İtkilərini müxtəlif ad altında gizlədirlər. Əvvəllər də belə edirdilər, deyirdilər qəza olub, yanğın olub. Təbii ki, onlar meyitlərini götürməlidirlər. Azərbaycan Qızıl Xaç vasitəsilə meyitləri təhvil verəcək. Ermənilərin humanitar atəşkəsdən imtina etməsinin bir səbəbi də meyitləri götürmək istəməməsidir”.
"Yeni Müsavat"
“Meyitlər Ermənistana aparılsa, hansı siyasi tufanın qopacağını proqnozlaşdırmaq çətin deyil” - deputat
27
oktyabr
11:03

Qarabağ
KOMMENTLƏR
Paşinyan yenə sərsəmlədi: - Dağlıq Qarabağın müstəqilliyindən danışdı
“Atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyət qalacaqsa, bu bizi qane edə bilməz” - Prezident İlham Əliyev
Atəşkəs üçün yalvaran Paşinyandan niyə soruşmurlar ki, xaricdən silahları nə üçün daşıyırsan? - deputat
"Şuşada yallı gedən Ermənistana..." - ATƏT-in Minsk qrupu özünü təlxək yerinə qoyub?
Deputat cəhbədəki gərginliyə görə Elmar Məmmədyarovu
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat