
Moderator.az xəbər verir ki, həmin görüntüləri göstərən erməni mediasında həyasızcasına bunu “erməni xaçkarının təqhir edilməsi” kimi təqdim etməyə çalışırlar. Arsızlar hesab edirlər ki, 1988-1994-cü illərdə erməni işğalçıları tərəfindən Azərbaycanın yalnız Qubadlıda deyil, bütün işğal olunmuş şəhər, qəsəbə və kəndlərində yerli sakinlərin vəhşicəsinə qətlə yetirilməsi, əsir və girov gətirilməsi ilə yanaşı, əksər yaşayış məkanları, tarixi abidələr və məzarlarımızın dağıdılması unudulub...
Sultan Laçın