Təlxək Paşinyan. Prezident İlham Əliyev erməni baş naziri boşuna belə adlandırmadı. Təlxək sözü ona yaraşan ən gözəl ifadədir. İndi sizə Paşinyanın təlxəkliyini sübut edən növbəti faktı göstərəcəyik.
Son günlərə qədər dünya liderlərini zəngləri ilə bezdirən Paşinyanın bunun bir nəticə vermədiyini görüb daha bir gülməli addım atıb. O, öz tvitlərinə Donald Tramp, Emanuel Makronu işarələyir. Bir siyasətçinin başqa siyasətçiləri tvitinə işarələmək yolu ilə diqqətini cəlb etmək istəməsi isə dünya diplomatiyasında acizlik kimi qəbul edilir.
Müharibə başlayan gündən məğlub olduğunu görən ermənistan baş naziri nikol paşinyan dünya liderlərini zəngləri ilə bezdirmişdi. Çünki aciz vəziyyətdə olduğundan onlardan durmadan kömək istəyirdi.
Hətta vəziyyət o yerə çatmışdı ki, paşinyan gündə bir neçə dəfə rusiyanın prezidenti vladimr putinə, fransanın prezidenti emanuel makrona zəng etməli olurdu. Onun bu zəngləri dünya mediyasında da geniş işıqlandırılmışdı. Hətta imdad dilədiyi liderlərin onun zənglərini cavabsız qoyması haqda videolar da sosial şəbəkələrdə trendə çevrilmişdi.
Dünyanın heç bir ölkəsi, heç bir siyasi xadim bu vəziyyətdə Paşinyana kömək edə bilməzdi. Çünki, hər kəs Azərbaycanın öz haqqı olan torpaqlarını geri qaytardığını təsdiqləyir. Elə buna görə də, telefon zəngi ilə perzidentləri bezdirən paşinyana deyəsən zəng qadağası qoyulub. Acizliyə bax ki, küçədən hakimiyyət kreslosuna gələn erməni baş nazir artıq tvitterə bel bağlayıb. Tvitterdə paylaşım edən paşinyan donald trampı, emanuel makronu da öz postlarında işarələyir. Özü də utanmazcasına.
Humanitar atəşkəs rejmini cəmi 4 dəqiqə sonra özü pozan paşinyan atəşkəsin guya azərbaycan tərəfindən pozulduğunu yazır və imdad diləyir. O, bu gün paylaşdığı bir posta həm makronu, həm trampı həm də rəsmi kremlini əlavə edib. Növbəti tvitə isə yalnız donald trampı təq edib. Amma nə faydası? Atəşkəs üçün yalvaranın da, atəşkəsi kimin pozduğunun da, mülki əhaliyə silah tuşlayıb uşaq qatili olanın da kimliyini dünya liderləri yaxşı görür və bilir. /XəzərXəbər
Paşinyanın təlxəkliyini sübut edən daha bir fakt - VİDEO
28
oktyabr
10:57

Qarabağ
KOMMENTLƏR
“Paşinyan, arvadına de, ağlını başına yığsın!“
“Paşinyan hökuməti istefaya getməlidir!“ - Ermənistanın ilk Baş naziri
Paşinyan yenə sərsəmlədi: - Dağlıq Qarabağın müstəqilliyindən danışdı
Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub
Nikol Paşinyanın babası nasistlərlə əməkdaşlıq edib — İDDİA+FOTO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat