Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatlarına davam gətirməyən düşmən tanklarını və zirehli texnikalarını döyüş bölgəsində qoyaraq qaçır.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, əsgərlərimiz bu günlərdə düşmənin daha 8 tankını (T72) və 1 zirehli texnikasını (BMP) hərbi qənimət kimi götürüb.

Bu hərbi texnikalar Azərbaycan Ordusuna aid olan xüsusi rənglənmədən sonra düşmənin özünə qarşı istifadə ediləcək. Hətta tanklardan birinə Azərbaycanın Milli Qəhrəmanı olan Albert Aqarunovun adı belə verilib.

Düşmənin daha bir neçə tankı hərbi qənimət kimi götürülüb
Düşmənin daha bir neçə tankı hərbi qənimət kimi götürülüb
скачать dle 12.1