Bu gün cəmiyyətin müzakirə etdiyi məsələlərdən biri də ölkənin əsas informasiya siyasətini həyata keçirən və əhalinin əsas məlumat mənbəyi olan televiziya kanallarının fəaliyyətidir. Bu dövrdə bəzi televiziya kanalları fərqlənsə də, ümumilikdə yayım siyasəti ilə cəmiyyətdə qıcıq doğuranlar da oldu.
Məsələ ilə bağlı danışan teleaparıcı Kamran Həsənli yerli telekanalların müharibə dövründə günün nəbzini tuta bilmədiyini bildirib:
“Bizim televiziyalar müharibə dövründə də geri qaldılar. Hər şey göz qabağındadır. Tok-şouların maraqsız olması öz yerində, Gəncə hadisələrində də bunun bir daha şahidi olduq, biz hamımız Türkiyəyə baxırdıq. Gəncə hadisələrini türk kanallarından öyrəndik. Birinci dəfə ümumiyyətlə, canlı yayıma çıxa bilmədilər. İkinci dəfə də sınıq-salxaq, bir saat sonra güclə yayıma çıxa bildilər. Yerlərdən olan müxbirlər professional deyillər, yerindən birbaşa verilən reportajlar o qədər də maraqlı deyil. Hələ ki, televiziya dəyişilməyə vaxt tapmayıb. Məncə, müharibədən sonra tamamilə dəyişilməlidir. İnsanlarımız müharibə dövründə siyasi, iqtisadi, ümumiyyətlə, hər məqamda birləşdilər, hamının bir amalı oldu, amma televiziyalar elə həminki kimi xalq tərəfindən tənqid olunur”.
Aparıcı müharibədən sonra telekanallarda köklü islahatlar aparmaq lazım olduğunu qeyd edib:
“Televiziyalarda çox böyük islahatlar getməlidir. Kanal rəhbərliyinə peşəkar, əqidəsi olan, milli düşüncəli insanlar gətirilməlidir. Üstəlik keçmiş əttökən, yalançı, yaltaq kontent aradan götürülməlidir. Televiziya xalqa yaxın olub, həqiqəti sözləməlidir. Bax onda maraqlı və baxımlı informasiya resursu olacaqlar”.
Kamran Həsənlidən yerli telekanallara sərt ittiham: “Gəncə hadisələri zamanı...“
30
oktyabr
01:24

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat