Bakıda Nəsimi rayonunda "Kubinka" adlanan ərazidə aparılan söküntü işləri ilə bağlı problem yaranmasını xəbər vermişdik.
Məsələnin ictimailəşməsindən sonra "ARB Xəbər" "Kubinka"da olub, həm sakinləri, həm də şirkət rəsmisini danışdırıb.
Sakinlərin bir qismi açıqlamasında bildirib ki, onlara pul yox, yeni tikiləcək binadan mənzillər təklif edilib. Digər qisim binaların uzun müddətə tikiləcəyini əsas gətirərək şirkətlə aralarında problem yarandığını dilə gətirib.
Tikinti şirkətinin direktoru Rafael Abdullayev isə deyib ki, 5 hektar 60 sot ərazini əhatə edəcək layihə mərhələli şəkildə tikilərək sakinlərə təhvil veriləcək. Layihənin ilkin mərhələsində 238 ailənin köçürülməsi nəzərdə tutulub ki, onların 170-i şərtlərlə razılaşaraq müqavilə bağlayıblar.
"Bütün evlər qəzalı vəziyyətdədir və FHN-in buna dair rəyi var. Vətəndaşların haqqına girilmir və mövcud neçə kvadrat evləri varsa, üstünə əlavə edilməklə mənzil verilir. Kirayə haqları kartlara oturdulur, bünövrəyə başladıqdan sonra iki ilin tamamında tam təmirli mənzillərə qovuşacaqlar", - deyə Rafael Abdullayev əlavə edib.
Bakının bu ünvanında söküntü - 170 ailəyə pul kartlara oturdulacaq
19
aprel
12:19

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər