“Ermənistan- Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı ölkəmizin mövqeyi bəllidir. Biz sülh müqaviləsi imzalamaq istəyirik və bu münasibətlərdə 5 baza prinsipini irəli sürmüşük. Ermənistan həmin 5 baza prinsipini qəbul edib".
Bunu açıqlamasında deputat Elman Nəsirli Prezident İlham Əliyevin "Qarabağdakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar" bəyanatına münasibətini bildirərkən dedi.
“Amma bununla da yanaşı, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizlik məsələlərini qabardırlar və status məsələsinin önə çəkilməsində israrlıdırlar. Lakin ölkə Prezidenti İlham Əliyevin bu məsələlərlə bağlı olduqca aydın, konkret, prinsipial və qətiyyətli mövqeyi var”.
Deputanın sözlərinə görə, Qarabağda yaşayan ermənilər Azərbaycana reinteqrasiya olunmalıdırlar.
“Onlar Azərbaycan vətəndaşıdırlar və Azərbaycan pasportu daşımalıdırlar. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Ölkəmizdə yaşayan bütün vətəndaşların malik olduqları eyni hüquqların daşıyıcıları olacaqlar. Kimlər bu reallıqla barışmaq istəmirsə, Azərbaycanın vətəndaşı olmaq niyyətində deyilsə, Azərbaycana reinteqrasiya xəttindən imtina edirlərsə, belə olan vəziyyətdə getsinlər özlərinə başqa yerdə məkan tapsınlar, başqa yerdə özləri üçün yaşayış yeri axtarsınlar. Bu, ölkə prezidentinin konkret mövqeyidir. Bu mövqe ilə Ermənistan tərəfi tanışdır və hesab edirəm ki, bugünkü reallıqda Ermənistan dövləti və onun ali siyasi rəhbərliyi papağını qarşısına qoyub düşünməlidir ki, bu yoldan imtina qarşıdurma və artıq sülhdən imtina deməkdir. Sülhün olmadığı yerdə isə müharibə başlayır. Müharibənin isə Ermənistan üçün hansı fəlakətləri gətirə biləcəyini proqnozlaşmaq elə də çətin deyil. İkinci Qarabağ müharibəsi və onun nəticələri Ermənistan üçün dərs olmalıdır”, – deyə Elman Nəsirov bildirdi.
"İkinci Qarabağ müharibəsi Ermənistan üçün dərs olmalıdır" - Elman Nəsirov
20
aprel
12:10

Qarabağ
KOMMENTLƏR
"Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da..." - Prezident
Ermənistan Azərbaycana hansı sülh təklifləri verib? – Kontr DETALLAR
"ATƏT-in Minsk qrupu ölüb" - Elman Nəsirov
“Böyük dövlətlər arasında toqquşma olmasa, sülh müqaviləsi imzalana bilər” – Elman Nəsirov
Elman Nəsirov: "Alternativ ancaq müharibədir" - Sülhün qəbuledilməz ŞƏRTLƏRİ...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat