"Ermənistan tərəfinin atdığı addımların hamısı məqsədyönlü şəkildə icra olunur və onların hədəfləri bizə bəllidir".
Bunu açıqlamasında deputat Elman Nəsirov deyib. O xatırladıb ki, Ermənistanın ali-siyasi rəhbərliyi Azərbaycanın bu ilin marta ayında irəli sürdüyü 5 baza prinsipini qəbul edib:
"Digər tərəfdən isə 5 baza prinsipini 5+1 variantına salmaq istəyirlər. Bu, beş baza prinsipinə genişləndirilmiş yanaşmanı özündə ehtiva edir. Əlavə etmək istədikləri odur ki, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizlik məsələləri önəmlidir. Bir qədər də açıq söyləyirlər ki, oradan yaşayan ermənilərin statusu məsələsinin müzakirə edilməsini istəyirlər. Eyni zamanda, status məsələsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupuna yenidən müraciət edilməsini gündəmə gətirirlər. Prezident İlham Əliyevin mövqeyi bəllidir. Heç bir statusdan söhbət gedə bilməz. Ümumiyyətlə, Dağlıq Qarabağ deyilən inzibati ərazi vahidi yoxdur. Qarabağ və Zəngəzur iqtisadi rayonu var. ATƏT-in Minsk qrupu isə özü-özünü buraxmış kimidir. Çünki onların həmsədrləri bir-birinə düşmən kəsiliblər, fəaliyyətlərini dayandırıblar. Artıq ATƏT-in Minsk qrupu ölüb.
Ermənistanın indiyə qədərki və hazırlaşdığı növbəti hərbi təxribatın motivi odur ki, müharibə bitməyib, münaqişənin həllini gözləyən məsələlər var. Azərbaycan Prezidentinin mövqeyi birmənalıdır, qətiyyətlidir. Biz Ermənistanla sülh, əməkdaşlıq istəyirik. Buna getməyəcəkləri təqdirdə onları nə gözlədiyini proqnozlaşdırmaq elə də çətin deyil. Astanadakı çıxışında Prezident İlham Əliyev vurğuladı ki, bizim də səbrimiz hüdudsuz deyil. Bu sonuncu ifadə Ermənistan üçün ciddi siqnal olmalıdır".
"ATƏT-in Minsk qrupu ölüb" - Elman Nəsirov
21
oktyabr
15:53

Qarabağ
KOMMENTLƏR
“Böyük dövlətlər arasında toqquşma olmasa, sülh müqaviləsi imzalana bilər” – Elman Nəsirov
Elman Nəsirov: "Alternativ ancaq müharibədir" - Sülhün qəbuledilməz ŞƏRTLƏRİ...
"Növbəti biabırçı hərbi məğlubiyyətin ardınca Ermənistan dərs alacaq" ... Elman Nəsirov- ÖZƏL
“Beş saat ərzində bir dəfə də Dağlıq Qarabağ sözü işlədilmədi“
Rusiya bu reallığı qəbul edib - Deputat
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat