"Son vaxtlar koronavirus infeksiyanın dinamikasında müşahidə olunan kəskin artım hər birimizi ciddi şəkildə narahat etməkdədir. Cəbhədə şanlı Ordumuzun düşmənə qarşı rəşadətlə döyüşdüyü vaxtda epidemiloji vəziyyətin bu formada dəyişməsi heç də arzuolunan deyil. Tibb işçilərinin diqqətinin cəbhəyə yönəldiyi bir dövrdə onları bu vacib missiyadan ayırmaq yolverilməzdir. Koronavirusla mübarizə, həm əhalinin, həm də əsgər və zabitlərimizin sağlamlığının qorunması baxımından olduqca strateji əhəmiyyətə malik məsələdir".
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilir ki, bunun üçün vətəndaşlar koronavirus infeksiyasına laqeyd yanaşmamalı, daha artıq sosial məsuliyyət nümayiş etdirməlidir. İnsanların sıx toplaşdığı məkanlarda, o cümlədən dayanacaqlarda və avtobuslarda mütləq qaydada qoruyucu tibbi maskadan istifadə olunmalıdır. Bu zaman maskadan düzgün istifadə qaydalarına diqqət olunması olduqca vacibdir.
Təəssüflə bildiririk ki, son vaxtlar sərnişinlər arasında tibbi maskadan istifadə olunmaması və ya düzgün istifadə olunmaması halları çoxalıb.
Sərnişinlərdən xahiş edirik ki, dayanacaqlardakı nəzarətçilərin, sürücülərin və dispetçerlərin maskadan istifadə ilə bağlı tələbinə anlayış göstərərək qaydalara əməl etsinlər. Əks halda epidemiloji vəziyyət daha da pisləşə bilər ki, nəticədə ictimai nəqliyyatda əlavə məhdudiyyətlərin tətbiqi istisna edilmir.
Həmçinin bildiririk ki, sərnişindaşımaların yalnız avtobuslarla icra olunduğu indiki vaxtda onların maneəsiz hərəkətini təmin etmək yoluxmanın qarşısının alınması baxımından vacibdir. Ayrıca zolaqların olmaması saat 18:00-dan sonra artan nəqliyyat axını avtobusların tıxacda qalaraq yubanmasına səbəb olur. Gündəlik xəttə adi rejimlə müqayisədə 15% artıq avtobus cəlb olunsa da yollardakı tıxac əlavə çətinliklər yaradır.
Tıxacların azaldılması, sərnişinlərin mənzil başına vaxtında çatması məqsədi ilə tərəfimizdən müvafiq tədbirlər görülsə də bəzi sürücülərin yanlış davranışları məsələni bir qədər çətinləşdirir. Belə ki, sürücülərin bir çox hallarda zolaqların, sarı kəsişmə toru nişanlanmasının tələbinə əməl etməmələri, nasaz avtomobillərdən istifadə sıxlıq və tıxac hallarını daha da artırır.
Qeyd olunanları nəzərə alaraq, bir daha hərəkət iştirakçılarını vətəndaş mövqeyindən çıxış edərək daha çox sosial məsuliyyət nümayiş etdirməyə dəvət edirik. Cəmiyyət olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı və hər iki cəbhədə, hər iki səngərdə düşmənə fürsət verməməliyik.
Bakı Nəqliyyat Agentliyindən sərnişinlərə MÜRACİƏT
03
noyabr
16:38

Qarabağ
KOMMENTLƏR
Virusa yoluxanların sayı niyə 1000-i keçdi? - TƏBİB rəmisindən AÇIQLAMA
Metrodan istifadə ilə bağlı YENİ QAYDALAR
DYP-dən avtobuslardan istifadə edən sərnişinlərə XƏBƏRDARLIQ
Maskasız sərnişinlər marşrut avtobuslarına buraxılmayacaq - BNA
Yazgül Abdiyeva: Koronavirus haqqında yanlış məlumatlar yayan insanlarla bağlı lazımi qaydada ölçü götürülməlidir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat