Jurnalist Ülviyyə Alovlu axtarışa verilib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində çıxarılıb.
Hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən iclasda qeyd edilib ki, dəfələrlə çağırış göndərilməsinə baxmayaraq, Ülviyyə Muradova (Alovlu) cavabdeh olduğu məhkəmə işi üzrə iclaslara gəlməyib. Buna görə bir müddət öncə onun barəsində məhkəməyə məcburi gətirilmə qərarı çıxarılıb. Bununla belə onun məhkəməyə gətirilməsi mümkün olmayıb. Qeyd edilən vəziyyəti nəzərə alaraq, məhkəmə Ü.Alovlunun barəsində axtarış qərarı çıxarıb.
Qərarın icrası ilə bağlı bildiriş ərazi üzrə müvafiq polis orqanına göndərilib.
Qeyd edək ki, Ülviyyə Muradova Xalq artisti Flora Kərimova tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.
Xatırladaq ki, tərəflər arasında qalmaqala səbəb Ü.Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.
Jurnalist Ülviyyə Alovlu axtarışa verildi
16
may
15:38

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər