"Ermənistanın “Vətən” partiyasının könüllülərindən ibarət bir dəstə artıq Qarabağa gəlib".
Moderator.az xəbər verir ki, bu barədə işğalçı ölkənin "Hraparak" qəzeti yazıb.
Məlumata görə, dəstəyə Qarabağda müharibə başlamamışdan öncə Rusiyanın bəzi hakim dairələrinin Paşinyanın yerinə iqtidara gətirməyə çalışdığı deyilən Ermənistan milli təhlükəsizlik xidmətini keçmiş rəhbəri general Artur Vanetsyan özü komandirlik edir.
“A.Vanetsyan sürpriz bir hücum halında hamısının düşmənin hədəfinə çevrilə bilməməsi üçün əvvəlcədən könüllüləri bir neçə qrupa bölüb. Dəstə tam silahlanmış vəziyyətdədir və geyimdən qidaya qədər hər şeylə təmin edilib. Bütün könüllülər Azərbaycan ordusunun onların yerini müəyyən edə bilməmələri məqsədilə mobil telefonlarını Ermənistanda qoyub gəliblər”- erməni qəzeti belə yazır.
Xatırladaq ki, A.Vanetsyan 2019-cu ilin yanvarında MTX direkroru kimi Azərbaycanın işğal altındakı Arazboyu ərazilərinə gəlmiş və həmin torpaqların ermənilərlə məskunlaşdırılmasının, burada böyük bir şəhər salınmasının vacibliyini vurğulamışdı...
P.S. Hanı bəs sən Arazboyunda şəhər salırdın? Nə oldu?..
P.P.S. Tezliklə Azərbaycan ordusu digər terrorçu generallar kimi bunun da başını əzər. Yaman nişangaha gəlir, ha!..
“Moskvanın adamı” könüllülər(?) dəstəsi ilə Qarabağa gəldi -“Yaman nişangaha gəlir ha!..”
04
noyabr
12:18

Qarabağ
KOMMENTLƏR
Azərbaycanın axtardığı məşhur təxribatçı yenidən Qarabağa GƏLDİ
Paşinyanın həyat yoldaşı “COVID-19” üçün ayrılan pula silah alır? – "Hraparak" qəzeti
“Çiçəklənən Ermənistan”ın lideri də “cəhənnəm”i seçdi - Qarabağa gəlir
Suriyadan erməni batalyonu da Qarabağa göndərildi - YPG TƏLİM KEÇMİŞDİ...
Keçmiş xüsusi xidmət direktorunu hansı ölkə ələ almışdı? - ERMƏNİSTANDA YENİ QALMAQAL
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat