Aktrisa mükafatını ölkəsində gördüyü bütün təzyiqlərə baxmayaraq ümidini itirməyən qadınlara həsr etdiyini demişdi.
Merve Dizdarın həmkarları və sosial şəbəkə istifadəçiləri onu “xaricə gedib, ölkəsini başqalarının gözündən salmaqda” ittiham edirlər. Aktrisanı təbrik edənlərdən daha çox tənqid edən var.
Bu çətin vəziyyətdə Merveyə bir tək məşhur aktyor Kadir İnanır dəstək olub. O, dəstək olmaqla qalmayıb, həm də Mərvəni təhqir, tənqid edənlərə sərt xəbərdarlıq edib.
“Dünyanın ən böyük film festivalında mükafat almış Merve Dizdarı təbrik edirəm. Kompleksli insanlara isə xəbərdarlıq edirəm, Hörmət göstərin, ayağa qalxın və alqışlayın”,- deyə o öz sosial şəbəkə hesabında yazıb.
