Ukrayna Prezidenti Volodimir Zelenski “Avropa siyasi birliyi”nin sammitində iştirak etmək üçün Moldovaya gedib.
Zirvə toplantısının keçiriləcəyi Mimi qalasında Moldova Prezidenti Maia Sandu tərəfindən qarşılanan Zelenski jurnalistlərə açıqlama verib.
Belə ki, jurnalistlərdən biri Ukrana liderinə "Müharibə nə vaxt bitəcək?" sualını verib:
"Biz qalib gələndə müharibə bitəcək. Rusiya bu müharibəni daha tez bitirə bilər. Bunun üçün torpağımızı tərk etməli olacaq".
Həmçinin, Zelenski ölkəsinin Ai və NATO-ya üzvlüyü ilə bağlı "Gələcəyimizin Aİ-də olduğuna inanırıq. Ukrayna da NATO-ya üzv olmağa hazırdır. NATO-nun Ukraynanı da daxil etməsini gözləyirik. Təhlükəsizlik zəmanətləri təkcə Ukrayna üçün deyil, həm də Moldova üçün vacibdir", - deyə qiymətləndirmə edib.
Son olaraq Zelenski AQS Sammiti zamanı bəzi liderlərlə danışıqlar aparacağını və bu görüşlərdə ölkəsinə Patriot raket sistemləri kimi hərbi dəstək verilməsini müzakirə edəcəyini bildirib.
"Müharibə nə vaxt bitəcək?" sualına Zelenskidən CAVAB
01
iyun
14:25

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat