Ukrayna prezidenti Volodimir Zelenski iyunun 1-də Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammitinə gəlib.
Bu barədə  “European Pravda” məlumat yayıb. 
Bildirilir ki, Zelenski Moldova Prezidenti Maya Sandudan sonra görüşün ev sahibliyi etdiyi ilk Avropa Siyasi Birliyinin sammitinin keçirildiyi Bulboaca kəndindəki “Qala Mimi”yə gedəcək.  
Sammitdə 50-yə yaxın Avropa prezidenti və hökumət başçısının iştirakı gözlənilir.
***10:42
Bu gün Ukrayna prezidenti Volodimir Zelenski Kişinyovda Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək.
Bu barədə Rusiyanın "Kommersant" nəşri məlumat dərc edib. 
Qeyd edək ki, rəsmi olaraq Zelenskinin səfəri hələ açıqlanmayıb. Ukrayna liderinin bütün səfərləri məxfiləşdirilir və onlar haqqında məlumatlar, bir qayda olaraq, müəyyən bir ölkəyə gəldikdən sonra yayımlanır. скачать dle 12.1