Ukrayna Milli Polis İdarəsi Azərbaycanın Ukraynadakı rəsmi nümayəndəliyinin mühafizəyə alınacağını elan edib.
Bu barədə Ukrayna Milli Polis İdarəsinin rəisi İqor Klimenko açıqlama verib. Bildirilib ki, ötən gecə Azərbaycanın Fəxri Konsulluğunun binasının naməlum şəxslər tərəfindən atəşə tutulduğu barədə Xarkov vilayətinin polisinə məlumat daxil olub. Hadisə ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi, odlu silahdan istifadə edərək xuliqanlıq törədilməsi ilə bağlı istintaq işi başladılıb.
Maddədə cinayəti törətmiş şəxslərə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
“Polis bu dəhşətli cinayətdə əli olan şəxslərin tutulması və dövlətimizin ərazisindəki millətlərarası qarşıdurmaların qarşısını almaq üçün hər şeyi edəcəkdir. Azərbaycan və Ermənistanın bütün rəsmi nümayəndəlikləri yaxın vaxtlarda polisin mühafizəsinə götürüləcəkdir. Hər kəsi və xüsusən diaspor nümayəndələrini, Ukrayna ərazisində yaşayan hər iki dövlətin vətəndaşlarını bir-birlərinə qarşı dözümlü olmağa çağırırıq ”,- deyə İqor Klimenko qeyd edib.
Ukrayna polisi Azərbaycanın rəsmi nümayəndəliyini mühafizəyə alır
07
noyabr
17:52

Qarabağ
KOMMENTLƏR
XİN-dən ermənilərin Xarkovdakı hücumu ilə bağlı bəyanat
Ukrayna Prezidentindən Azərbaycanla bağlı paylaşım - FOTO
“Milli Məclis işi”ndə ittihamda dəyişiklik oldu – ömürlük həbs nəzərdə tutan maddə götürüldü
Ukrayna Belarusla bütün əlaqələri dayandırdı
Hüseyn Məmmədovun öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat