Sumqayıt-Bakı istiqaməti üzrə sərnişindaşımanın Sumqayıt avtovağzalından fəaliyyət göstərməsi təmin olunub.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması, qeyri-qanuni sərnişin daşımalarının qarşısının alınması məqsədilə Sumqayıt şəhərində reydlər keçirilib. Sumqayıt Şəhər Polis İdarəsi, Dövlət Yol Polisi Şöbəsi və RİNN yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşlarının birgə keçirdiyi reyd Sülh prospekti, Bakı küçəsi və şəhər avtovağzalı ətrafından Sumqayıt-Bakı istiqaməti üzrə qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrinə qarşı aparılıb. Qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələri sözügedən ərazilərdən çıxarılıb.
Reydlərin başlandığı 19 maydan bu günə qədər gündəlik 2 500 nəfərə yaxın sərnişinin Bakı şəhəri istiqamətində daşınması təmin edilib.
Sumqayıt şəhərindən paytaxt istiqamətinə hərəkət edən qeyri-müntəzəm avtobuslar Bakı şəhərinin girişində ciddi tıxaclara səbəb olur.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzdən Bakının müxtəlif istiqamətlərinə avtobus marşrutları hərəkət edir. Nəticədə vətəndaşlar rahat və təhlükəsiz şəkildə sərnişindaşıma xidmətindən yararlana bilirlər. BBAK-ın qarşısındakı “Avtovağzal” metro stansiyası da sərnişinlərin ixtiyarındadır.
Sərnişinlərdən xahiş edilir ki, Bakının yol hərəkətinin təşkili, ictimai nəqliyyatın tənzimlənməsi və yolların buraxılış imkanlarının artırılmasına hesablanan bütün addımları nəzərə alaraq “20 Yanvar” metro stansiyasına deyil, “Avtovağzal” metro stansiyasına və Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzinə üstünlük versinlər.
Sumqayıt avtovağzalının fəaliyyəti aktivləşdirildi
14
iyun
17:39

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat