Salyan rayonu Qaraçala qəsəbəsi ərazisində tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, Qaraçala qəsəbə ərazisində tullantıların qanunvericiliyə uyğun idarə olunmamasına görə, qəsəbə bələdiyyəsinin sədri Elnur Əhmədov barəsində akt tərtib edilib və nöqsanların aradan qaldırılması üçün ona məcburi göstəriş verilib.
"Məcburi göstərişin icra vəziyyəti yoxlanılarkən tələblərə əməl edilmədiyi müəyyən edilib və bələdiyyə sədri barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib", - Xidmət rəsmisi deyib.
Bələdiyyə sədri cərimələndi
29
iyun
17:41

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA