Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə toyuq cəsədlərinin Sumqayıtçaya atılması ilə bağlı daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmət rəsmisi Fərid Piriyev bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb. Araşdırma zamanı tullantıların yaxınlıqdakı quşçuluq sexinə aid olduğu müəyyən edilib.
“Faktla bağlı akt, protokol tərtib edilərək quşçuluq sexinin sahibi Marif Muradov vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunub”.
Xidmət rəsmisinin sözlərinə görə, tullantıların ərazidən təmizlənməsi üçün məsul qurumlara göstəriş verilib.
"Təəssüf ki, hələ də belə məsuliyyətsiz hallarla üzləşməli oluruq və yaşadığımız mühitə etinasız yanaşmanın, ətraf mühitə laqeyd münasibət göstərən şəxslərin əməllərinin şahidi oluruq.
Hər birimiz anlamalıyıq ki, ətraf mühitə vurduğumuz zərər özümüzə qayıdır. Gəlin, yaşadığımız mühiti zibilləməyək, ətraf mühitin çirkləndirilməsinə imkan verməyək".
Ölü toyuqları çaya atan sex sahibi cərimələndi
27
aprel
11:19

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər