İnsanlar çox vaxt eşq həyatının uğurlu olması üçün əvvəlcədən ulduz falı uyğunluğunu araşdırırlar. Amma şorgöz insanlarla uzunmüddətli və ciddi münasibət qurmaq çox çətindir. Lakin bir bürc var ki, şorgözlüyün kitabını onlar yazıb.
Ən şorgöz bürcləri təqdim edirik:
Tərəzi
Venera sevgi və ehtirası təmsil edir. Buna görə də Veneranın idarə etdiyi Tərəzi şorgöz bürclər siyahısında birinci yerdədir.
Yeni insanlarla tanış olmağı sevən Tərəzilər rahat ünsiyyət qura bilir, mühitə asanlıqla öyrəşirlər. Tərəzilər intellektual və səmimi olduqları üçün demək olar ki, qısa zamanda hamının könlünü fəth edirlər. Sosiallaşmağı sevən tərəzilər sevgiyə sadiq qalmaqda çətinlik çəkirlər. Digər tərəfdən, onların göz-qaşı qaynayır və bunu əyləncə kimi görürlər.
Əkizlər
Əkizlər də şorgöz və gəzəyən bürclərdən biridir. Kimisə bəyənməsələr belə, sadəcə əylənmək və ünsiyyət qurmaq üçün onunla münasibət qururlar.
Dolça
O, mehriban və səmimi olduğu üçün azadlığını məhdudlaşdıracaq ciddi münasibət qurmaq istəmir. Dolçalar hamıdan fərqli düşündüyü üçün münasibətlərə asanlıqla uyğunlaşmır və həmişə başqa sevgilərin arxasınca qaçırlar. Onlar digər qadına yalnız bir səbəblə yaxınlaşır: "Bu qadın digərinə bənzəmir". Lakin münasibət qurduğu bütün qadınların eyni tipli olması onların peşmanlığına səbəb olur.
Dolçalar romantikdirlər. Lakin sonda onlar axtardıqları qadını tapır və  istədiklərinə nail olan zaman yeni münasibətlərdən uzaqlaşıb sadiq birinə çevrilirlər.
скачать dle 12.1