Bir müddət öncə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin apardığı əməliyyat nəticəsində Babək rayonu Şəkərabad kəndi ərazisində yerləşən “Nəqşicahan” hotelində əxlaqsızlıq yuvasının olduğu aşkarlanıb.
Apa xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Vüqar Səfərova məxsus hoteli işlədən Şərur rayon sakini, 1994-cü il təvəllüdlü Təbriz Musayev saxlanılıb.
Artıq onun məhkəməsi başa çatıb. Babək Rayon Məhkəməsində keçirilən prosesdə Təbriz Musayev Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə təqsirli bilinib. Məhkəmədə Təbriz Musayev törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib.
O, məhkəmənin hökmü ilə 3200 manat cərimələnib.
Qeyd edək ki, “Nəqşicahan” hotelinin həmin hissəsi bağlanıb və həyətyanı sahədə olan kotejlər sökülür.
Sabiq icra başçısına məxsus hotellə bağlı qərar VERİLDİ
13
iyul
18:57

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat