"İslam güldürmür, heyrətləndirir. Onda xoşuma gələn xüsusiyyətlər var: tez-tez oxumağı, şeir deməyi. Müşfiq Şahverdiyev isə daha çox güldürür".
Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Səhər mərkəzi" verilişində deyib. Komediya aktyorları haqda sualları cavablandıran Elməddin tamaşaçını Müşfiq Şahverdiyevin daha çox güldürə bildiyini açıqlayıb.
E.Cəfərov "Tək səbr", yoxsa "Bacanaqlar"a qayıtmaq istəyərdin" sualına "Geriyə baxmağı sevmirəm. Nə "Tək səbir", nə də "Bacanaqlar"a qayıtmaq istəyirəm. Bunlardan utanmıram, əksinə Azərbaycanda ən çox reytinq verən"Tək səbr" idi. Ölkədə 50 reytinq var idi, 38,5 "Tək səbr" idi. Qarşıda daha yaxşı uğurlar var" cavabını verib.
Qonorarı haqda deyilən "Sən, yoxsa Fərda Xudaverdiyev yüksək qonorar alır" sualına aktyor cavab vermək istəməyib. O, aparıcı Tural Əsədovun "Əlbəttə, Elməddin" sözünə isə "Dəliyəm, özümü deyim? Baxır təklifə" reaksiyasını verib.
“Elməddin Fərdadan çox qonorar alır”
27
iyul
13:06

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər