"Uşaq heç bir səbəb olmadan baş ağrısı, başgicəllənmə, daimi yorğunluqdan şikayətlənirsə diqqət yetirin. Əlavə olaraq yeniyetmələrdə qan təzyiqinə nəzarət olunmalıdır, xüsusən də qohumlarda belə bir problem varsa".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Leyla Rəhimova bildirib.
Həkim əlavə edib ki, körpə planlı şəkildə 1, 3, 6 və 12 aylarında, 1 yaşdan sonra isə ildə bir dəfə nevroloqun konsultasiyasından keçməlidir. Alınan nəticələrdən asılı olaraq əlavə müayinə və müalicə təyin olunur.
Nazirlik rəmisi həmçinin deyib ki, dissomniya - uşaqlarda gecə yuxusunun müxtəlif pozulmaları ilə qarşılaşdığı, heç bir görünən səbəb olmadan tez-tez oyanma, gecə qorxuları, yuxu keyfiyyətinin ödənilməməsi ilə ifadə olunan patoloji vəziyyətdir:
2-3 yaşa qədər körpələr üçün yuxu əsas ehtiyacdır, onsuz bədənin fiziki və zehni funksiyalarının sağlam inkişafı praktiki olaraq mümkün deyil.
Uşaqlarda yuxu pozğunluğunun əsas səbəbləri bunlardır:
• Sağlam yuxu şəraitinin düzgün təşkil edilməməsi: uşaq axşam saatlarında aktiv oyunlar oynadıqda, filmlər seyr etdikdə, çox şirniyyat yedikdə;
• Müxtəlif somatik xəstəliklər ümumiyyətlə uşağın vəziyyətinə mənfi təsir göstərir, xüsusən də yüksək hərarət, bağırsaq sancıları;
• Mərkəzi sinir sisteminin zədələnmələri, psixonevroloji pozğunluqlar".
Nazirlikdən valideynlərə MÜRACİƏT - Əgər övladlarınızda bu əlamətlər varsa...
04
avqust
19:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat