Milli Məclisin İntizam komissiyasının töhmət verdiyi deputat Könül Nurullayeva barəsində çıxarılan intizam tədbirinə münasibət bildirib.
Sosial şəbəkə üzərindən Azərbaycan xalqına müraciət edən millət vəkilinin yazdığına görə, bir neçə gün əvvəl Türkiyənin “Tvnet” kanalına açıqlamasında zəif internet bağlantısı səbəbindən fikrini daha dolğun ifadə edə bilməyib:
“Ermənistanın təzminat ödəməsi ilə bağlı suala cavab olaraq, fikrimi sona qədər çatdıra bilmədim. Bu vəziyyətdən yaranmış olan anlaşılmazlığa görə soydaşlarımızdan üzr istəyirəm. Mənim dövlətimizə və xalqımıza bilərəkdən vurulan zərərlə bağlı təzminatın ödənilməsinə dair mövqeyim açıq və aydındır – Ermənistan birmənalı şəkildə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Yoxsul, səfil Ermənistan dövlətimizə və soydaşlarımıza vurduğu maddi və mənəvi zərəri ödəməyə məcburdur. Bu, beynəlxalq hüququn tələbidir. Belə bir təcrübə artıq var, söhbət Çıraqov qardaşları və digərlərinin işi üzrə Avropa Məhkəməsinin qərarından gedir. Ermənistan dövlətinin Çıraqov qardaşları ilə birlikdə 6 nəfərə təzminat ödənilməsilə bağlı Avropa Məhkəməsinin qərarında da qeyd olunur ki, Ermənistanın işğalı nəticəsində bu insanlara zərər dəyib. Bu gün təzminatın verilməsi tələbilə çıxış etmək üçün əlimizdə kifayət qədər arqumentlərimiz var.
Mənim bütün vətəndaşlarımıza, o cümlədən məcburi köçkün soydaşlarımıza münasibətim hər zaman eyni olub”.
Deputat vurğulayıb ki, bu gün ərazilərimizin işğaldan azad olunmasına həm bir Azərbaycanlı, həm də məcburi köçkün statusundan xilas olan xalqın nümayəndəsi kimi sevinir:
“Tam səmimiyyətimlə deyirəm - sevinciniz sevincim, kədəriniz kədərimdir. Mən vətənimi, dövlətimi, xalqımı sevirəm, buna heç kimin şübhəsi olmamalıdır. Tanrı Azərbaycanımızı qorusun!
Töhmət alan deputat ÜZR İSTƏDİ
13
noyabr
16:19

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat