İctimai fəal Ülviyyə Muradova (Alovlu) barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 17-nə təyin edilib.
Şikayət hakim Qədim Babayevin sədrliyi ilə araşdırılacaq.
Binəqədi Rayon Məhkəməsi onun barəsində bəraətverici hökm çıxarıb. Hökmdən narazı qalan xüsusi ittiham qaydasında şikayət verən yenidən məhkəməyə müraciət edib.
Ülviyyə Muradova barəsində Xalq artisti Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq Muradovanın barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb. Tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.
скачать dle 12.1