Bu ilin aprelində yaranan “TAKT-1” MMC 5 ay ərzində Gəncə Birləşmiş Şəhər Xəstəxanasının keçirdiyi 4 satınalma müsabiqəsinin qalibi seçilib. DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, müsabiqələr yeməkxana və mətbəx ləvazimatları, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər, bərk inventar, maşın, avandanlıq və aksesuarların satın alınması ilə bağlı keçirilib.
Hələlik xəstəxana ilə şirkət arasında iki satınalma müqaviləsi imzalanıb. Müqavilələrdən biri yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması ilə bağlıdır. Müqavilənin maliyyə dəyəri 144 815 AZN-dir.
Maliyyə dəyəri 21 225 AZN təşkil edən digər müqavilə isə yeməkxana və mətbəx ləvazimatlarının satınalması ilə bağlıdır.
Digər 3 tenderə gəlincə, maşın, avandanlıq və aksesusarların satın alınması ilə bağlı imzalanacaq müqavilənin maliyyə dəyəri 488 305,5 AZN, bərk invertarların satın alınması ilə bağlı imzalanacaq müqavilənin maliyyə dəyəri isə 99 605 AZN-dir.
Bu müqavilələr də imzalanacağı təqdirdə “TAKT-1” MMC-nin 5 ayda xəstəxanadan aldığı sifarişin dəyəri 753 950, 5 AZN olacaq.
“TAKT-1” MMC 28 aprel 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin hüquqi ünvanı Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşir, qanuni təmsilçisi İsmayılov Eşqin Qalib oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. 5 aydır fəaliyyət göstərən şirkətin maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil.
“Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığın olması əsas şərtlərdən biridir.
Adına heç yerdə rast gəlinməyən, yeni yaranan şirkətin bu tələblərə cavab verdiyi inandırıcı görünmür.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılovdur. İlkin İsmayılov bu ilin fevralında direktor təyin edilib.
Gəncə Birləşmiş Xəstəxanasında TENDER ADI ALTINDA TALAN... - Dövləti özününkü bilməyəndə...
27
sentyabr
15:00

Qarabağ
KOMMENTLƏR
Sabirabadda müəmmalı tender: Geyim satan şirkət abadlıq işləri görəcək
Zaur Hüseynov 200 min manatlıq qapı-pəncərə alır
Dayanacaqların “udduğu” milyonlar – BNA ilə vergi borcu olan şirkət arasında şübhəli sövdələşmə
Xətai icra hakimiyyətindən şübhəli tender - Şirkət yaranmamış necə fəaliyyət göstərib?
Təhsil Nazirliyinin 10 milyonluq müəmmalı “tenderi” – Yumşaq dəstə görə…
- “Cənubi Qafqazı “ukraynalaşdırmağa” çalışırlar” – Elman Nəsirov
- Blinken Hakan Fidanla Qəzzanı müzakirə edib - YENİLƏNİB
- İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası Türkiyəyə F-35-lərin verilməsindən asılıdır
- Rusiyada keramikalı zirehli jiletin yaradıcısı ölüb
- Çox yatmaq təhlükəlidir – Alimlər açıqladı
- Narahatedici vəziyyət: Bu virus ilk dəfə bir insanda tapıldı
- Simonyan: Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar yanaşı yaşamalı olacaq
- Sabah üç rayonda qaz olmayacaq
- Çində daş kömür şaxtasında qəza olub, ölənlər var
- Falçı Afaq...
- Argentinanın yeni prezidenti dinini dəyişir
- Hakan Fidan Brüsseldə Stoltenberqlə görüşüb
- Ağalı kəndində həyat canlanır - VİDEO
- İsveçrə Prezidenti Ukraynaya gəldi
- Sumqayıtda anasının imtina etdiyi körpə xəstəxanada ölüb
- Hindistanın Baş naziri qırıcı təyyarə ilə səmaya qalxdı
- Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub
- Avropada koronavirusa yoluxma və ölüm halları azalıb
- Pakistanda ticarət mərkəzində yanğın olub, 11 nəfər ölüb
- Soyuqda smartfonunuzun donmasının SƏBƏBLƏRİ VƏ HƏLLƏRİ
- AZAL rekord sayda endirimli aviabiletlər satışa çıxarıb
- Orban: "ABŞ demokratları öz maraqlarını bəşəri dəyərlər kimi təqdim edirlər"
- Seren Serengil Hadisəyə görə 2 il 11 ay həbs oluna bilər
- Fransa liqasında yenilik
- Papa Fransisk: Heç bir müharibə insan itkisinə dəyməz
- İtaliyada leysan yağışları və daşqınlar fəsadlar törədib
- Gürcüstan DTX insan alveri və terrorla əlaqəsi olan iki xarici vətəndaşı saxlayıb
- "Azərbaycan UNESKO-nun mandatının səmərəli həyata keçirilməsinə töhfə verir" - XİN
- Yaş yarımlıq qızı "Ural" əzib öldürdü - ürəyi zəif olanlar baxmasın - VİDEO
- Türkiyə Prezidenti: İsveç PPK-ya qarşı heç bir addım atmayıb
- Azərbaycan XİN Polşanı təbrik edib
- Ərdoğan: Qarabağ uğrunda müharibədə göstərdiyimiz həmrəylik birliyimizin ən böyük sübutu oldu
- Keçmiş prezident həbsxanadan qaçırıldı
- İtaliyada binada partlayış: biri ağır olmaqla, 31 nəfər xəsarət alıb