“Üç il öncə bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı hərbi əməliyyatlara başlayaraq tarixi torpaqlarımızı Ermənistanın işğalından azad etdi. Hələ 2016-cı ilin aprel döyüşlərində Lələtəpə və 2020-ci ilin Tovuz döyüşlərində Azərbaycan bu işğalla barışmayacağını bütün dünyaya sübut etdi”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O qeyd edib ki, Azərbaycan 30 ilə yaxın müddətdə kağız üzərində qalan Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsinin tələblərini elə BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək öz hərbi gücü və siyasi iradəsi ilə icra etdi:
“Uzun illər ərzində Ermənistanın işğalı altında olan və vandalizmə məruz qalan şəhər və kəndlərimiz azad olundu. Noyabr ayının 8-də Qarabağın incisi, tarixi Şuşa şəhəri azadlığına qovuşdu, düşmənin müqavimət potensialı heçə endi. Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan, bir şəhid belə vermədən qaytarıldı. Ordumuzun əldə etdiyi tarixi zəfər hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, Qərb və ABŞ mətbuatının nəşrlərində Azərbaycan ordusunun hərbi taktikası çox yüksək qiymətləndirilir. Hərbi dairələri etiraf edir ki, Azərbaycan ordusunun hərbi əməliyyatlarının öyrənilməsi vacibdir”.
Deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzur regionunun bərpası və yenidən qurulması sürətlə davam edir:
“2023-cü ilin büdcəsində işğaldan azad olunmuş ərazilərin bərpası üçün 3 milyard manat ayrılıb. Yenidənqurma və “Böyük Qayıdış” azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsini prioritetə çevirir. Müharibə başa çatdıqdan sonra indiyədək 300 nəfərdən çox Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub. Bu isə Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalamasının bariz nümunəsidir”.
Son olaraq E.Nəsirov vurğulayıb ki, Ali Baş Komandanın güclü iradəsi və qətiyyəti, müzəffər ordumuzun şücaəti, xalqın dövlətinə və ordusuna dəstəyi qələbədə mühüm rol oynadı:
“Türkiyə və Pakistan kimi dost və qardaş ölkələrin daim Azərbaycanın yanında olması və haqlı mövqeyini müdafiə etməsi də gücümüzə güc qatdı. Ermənilər əsrlər boyu “böyük Ermənistan” xəyalı ilə yaşayırdı. 44 günlük müharibədə əldə olunan tarixi zəfər bu planları darmadağın etdi. Artıq “ikinci erməni dövləti” xəyalları birdəfəlik məhv olub”.
Deputat: “44 günlük Vətən müharibəsi “böyük Ermənistan” xəyalını birdəfəlik məhv etdi”
27
sentyabr
18:12

Qarabağ
KOMMENTLƏR
İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi (SƏRƏNCAM)
"İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir" - Prezident
"Cəbrayılın alınması asan məsələ deyildi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan xalqı öz ürəyində Heydər Əliyevə əbədi heykəl ucaldıb” - AÇIQLAMA
Elman Nəsirov: “Ermənistana qarşı “taqətdənsalma taktikası” öz real nəticələrini verdi”
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat