Türk mediası xəbər verir ki, Melikqazi rayonu Ağırnas Məhəlləsində Memar Sinanın evinin yerləşdiyi küçədə yaşayan Mustafa Halıcıoğlu 5 il əvvəl evini təmir etdirməyə başlayıb. Halıcıoğlu küçədəki 4 evin hamısını alaraq təmir işlərini genişləndirib. Bu zaman evinin altında yeraltı şəhər olduğunu aşkar edib.
Halıcıoğlunun kəşf etdiyi yeraltı şəhər ÇEKÜL Vəqfinin köməyi ilə üzə çıxarılıb. Yeraltı şəhər "Halıcıoğlu Yeraltı Şəhəri" adlandırılıb.

