Xalq artisti Mələkxanım Eyubova bloger qızı Nəzrin Nəcəfovanın müğənni və Mərdan Kazımovla nişanlanmaından danışıb.
Xanəndə qonaq olduğu “Bizimləsən” verilişində qızının öz istəyi ilə Mərdanla ailə qurmağa hazırlaşdığını deyib: 
“Mərdan və qızım Nəzrin bir-birilərini seviblər. Hər bir ailə sevgi ilə qurulmalıdır. Sevgisiz ailə, çox getmir. Mənə sual verəndə ki, uşaqlarınıza sərbəstlik vermisiniz, onlar kimisə sevsə, istəsə razılığını verərsiniz? Hər zaman cavab verirdim ki, o işə qarışmaram. Çünki valideyn yalnız yol göstərə, istiqamət verib, arxasında möhkəm dayana bilər. Amma əgər iki gənc həqiqətəndə bir-birini sevərsə, heç kim onlara söz deyə bilməz”.
Qeyd edək ki, M.Eyubovanın 4 övladı var.





скачать dle 12.1