Yaşlandıqca beyin fəaliyyəti yavaşlayır və yaddaşımız zəifləməyə başlayır.

Beyin funksiyası üçün faydalı bir neçə qida var. Həmin bu qidalar yaşa bağlı dəyişikliklərin qarşısını almağa kömək edir.

Bu qidalardan biri balıqdır. Beyin sağlamlığını qorumaq üçün pəhrizinizə yağlı balıqları daxil etmək vacibdir. "Həftədə iki porsiya balıq beyin üçün çox faydalıdır. Çünki omeqa Həmçinin, balıq yemək sağlam insanlarda yaddaş və idrak funksiyasını yaxşılaşdırır.

Təcrübə gündə 60 qram qoz qəbul edən 18-25 yaşlı tələbələrin daha yaxşı qabiliyyətlərə və tənqidi təfəkkürə malik olduğunu göstərib.

"Qoz-fındıq yağ turşuları və E vitamini ilə təmin edərək beyin zədələnməsini bərpa etməyə kömək edə bilər", - deyə həkim vurğulayıb.

Təzə tərəvəz və meyvələrin müntəzəm istehlakı sağlam qidalanmanın əsasını təşkil edir. Bu qidalar beyin toxumasını və hüceyrə membranlarını bərpa etməyə kömək edən C vitamini və antioksidantlarla zəngindir. Dietoloq qida rasionunuza giləmeyvə əlavə etməyi tövsiyə edir. Çünki onların tərkibində mikronutrientlər, yüksək səviyyədə antioksidantlar var və beyin funksiyasını bərpa etməyə kömək edir.

Zərdəçal yalnız nahar üçün ləzzətli ədviyyat deyil. Həm də bu ədviyyatı südə əlavə etsəniz, beyin üçün bərpaedici element ola bilər.

"Zərdəçalın aktiv komponenti olan curcumin yaşlanma və xərçəng əleyhinə təsirlərə malikdir. Həmçinin yaddaşı qorumaq üçün faydalıdır", - deyə həkim qeyd edib.yağ turşuları miyelini bərpa etməyə kömək edir", deyə mütəxəssislərdən biri bildirib.скачать dle 12.1