Bu ilin aprelində Cəlilabad şəhərində 17 yaşlı qızı qaçıran şəxslərin məhkəməsi başa çatıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə Cəlilabad şəhər sakini, 1993-cü il təvəllüdlü A.S. və dayısı oğlu, 1994-cü il təvəllüdlü H.M. Cinayət Məcəlləsinin 144.3-cü (yetkinlik yaşına çatmayan şəxsi oğurlama) maddəsi ilə təqsirləndirilib.
Araşdırmalar zamanı məlum olub ki, A.S. dayısı oğlu ilə əvvəlcədən plan qurub. Onlar H.M.in atasına məxsus “Vaz” markalı avtomobillə A.S.in qonşuluğunda yaşayan 17 yaşlı qızı izləyiblər. Qız dərsdən çıxıb yaşadığı evə gedərkən qəfil yaxınlaşaraq onu zorla avtomobilə əyləşdiriblər.
Bundan sonra A.S. evlənmək məqsədilə qaçırdığı qızı dayısının evinə aparıb. Bir qədər sonra oraya polislər gəlib və qızı ailəsinə qaytarıblar. A.S. isə 3 gün müddətində çayın kənarında gizlənsə də, sonradan polisə təslim olub.
Məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış edən qaçırılan qız A.S.dən şikayətçi olduğunu deyib. O, A.S.in dayısı oğlunu əvvəldən tanımadığını deyib və ona qarşı şikayətinin olmadığını bildirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.S.ə 10 il 6 ay, H.M.ə isə 10 il həbs cəzası verilib.
17 yaşlı qızı qaçıranlara - 10 il həbs verildi
15
noyabr
16:12

Qarabağ
KOMMENTLƏR
Azərbaycanda OLAY: 3 nəfər 17 yaşlı qızı qaçırdı
15 yaşlı dayısı qızını qaçıran kişi həbs olundu
Xına qoymaq adı ilə qonşuya çağırılan 15 yaşlı qızı belə oğurlayıblar - Təfərrüat
Bankda gördüyü qızı səhər saat 6-da zorla maşına mindirib apardı – TƏFƏRRÜAT
Azərbaycanda ŞOK HADİSƏ: Yetkinlik yaşına çatmayan qız oğurlandı
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA