Gəncə Ağır Cinayətlər Məhkəməsində Tərtər rayonunda 20 yaşlı qızın oğurlanması hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə Tərtər rayon Seydimli kənd sakinləri, 1991-ci il təvəllüdlü Bəndəliyev Asim Alı oğlu, onun qohumu, 2000-ci il təvəllüdlü Bəndəliyev Əmirqulu Zöhrab oğlu və həmkəndlisi Rzayev Şahlar Maarif oğlu Cinayət Məcəlləsinin 144.2.3-cü (ad oğurluğu – bir qrup şəxs və ya qabaqcadan əlbir olan dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham ediliblər.
Məhkəmədə məlum olub ki, Asim bir müddət əvvəl Tərtər şəhərindəki bankda olarkən uzaq qohumunu və onun yanındakı 20 yaşlı qızını görüb. O, həmin qızla evlənmək qərarına gəlib və evə qayıdan kimi anasına bu barədə deyib. Valideynləri bir neçə dəfə qızgilin evinə elçiliyə getsə də, qız və ailəsi bu izdivaca qarşı çıxıb. Bundan sonra Asim qızı oğurlamaq qərarına gəlib. Bu məqsədlə o, əmisi oğlu və dostu Şahlarla birgə plan qurub. Plana əsasən onlar Şahlara məxsus “Moskviç” markalı avtomobillə qızgilin yaşadığı kəndə gediblər. Səhər saat 6 radələrində qızın qoyunları tövlədən çıxardığını bilən Asim buna uyğun olaraq planını həyata keçirib. Aysel (şərti adlı) qoyunları tövlədən çıxaran kimi maşın ona yaxınlaşıb və kənddən bir nəfərin evinin yerini soruşub. Bu zaman onlar hücum çəkərək qızı zorla avtomobilə mindirib aparıblar.
Asim sevdiyi qızı Bərdə rayonuna bacısının evinə aparıb. Lakin qızın kəskin etirazlarını gördükdən sonra o, Ayseli atası evinə qaytarmağa razı olub.
Hadisədən sonra saxlanılan hər 3 şəxs istintaq müddətində polisin nəzarətində olmaqla azadlığa buraxılıblar. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda isə onların üçünün də həbs edilməsinə qərar verilib. Asim Bəndalıyev 4, digər 2 nəfər isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər və onlar məhkəmə zalındaca həbs ediliblər.
Bankda gördüyü qızı səhər saat 6-da zorla maşına mindirib apardı – TƏFƏRRÜAT
01
fevral
13:20

Qarabağ
KOMMENTLƏR
17 yaşlı qızı qaçıranlara - 10 il həbs verildi
Azərbaycanda İYRƏNC CİNAYƏT — Evlənmək məqsədi ilə qaçırdığı qizi zorladı
Xına qoymaq adı ilə qonşuya çağırılan 15 yaşlı qızı belə oğurlayıblar - Təfərrüat
Azərbaycanda dərsdən evə qayıdan məktəbli qızı tutub zorladılar
Azərbaycanda gənc 8-ci sinif şagirdini qaçırıb cinsi əlaqədə oldu - CİNAYƏT İŞİ
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər