Aİ Avropa İttifaqı Moldova və Gürcüstanı bu dövlətlərin bəzi hissələrini nəzərə almadan birliyə qəbul etmək ideyası ilə çıxış edib. APA ura.ruya istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano danışıb.
O bildirib ki, Aİ Dnestryanı, Abxaziya və Cənubi Osetiya ərazilərini istisna etmək istəyir.
“Avropa İttifaqı Moldova və Gürcüstanın hissə-hissə, yəni Brüsselin suverenliyini tanımadığı Dnestryanı, Cənubi Osetiya və Abxaziyasız ittifaqa qəbul oluna biləcəyini istisna etmir”, - deyə Peter Stano deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı mübahisəli ərazilərinə görə Moldova və Gürcüstanın qəbulunu ləngitməməlidir.
Yeni üzvlərin qəbulu ilə bağlı müzakirəyə səbəb Avropa Komissiyasının 2023-cü il üçün genişlənmə ilə bağlı hesabatını dərc etməsi olub və burada Ukrayna və Moldovanın üzvlüyünə dair tövsiyələr verilib. Bu məsələ ilə bağlı mümkün həll yolları Aİ-nin dekabrın 14-15-də keçiriləcək sammitindən sonra ortaya çıxacaq.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Gürcüstana namizəd statusunun verilməsi təklifi ilə çıxış edib. O, həmçinin Ukrayna və Moldovanın Aİ-yə daxil olması üçün yaxşı nəticələr əldə etdiyini bildirib. O, Təhlükəsizlik Şurasını hər iki ölkə ilə üzvlüklə bağlı danışıqlara başlamağa çağırıb.
Aİ Moldova və Gürcüstanı hissə-hissə birliyə qəbul etmək istəyir
24
noyabr
10:50

Qarabağ
KOMMENTLƏR
"Nüvə təhlükəsinə qarşı hazırlaşırıq" - Aİ
Qaribaşvili: “Ukrayna və Moldova namizəd statusunu həvəsləndirici hədiyyə kimi alıb”
Ukrayna və Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləyən qətnamə qəbul edildi - YENİLƏNİB
"Ukraynaya namizəd ölkə statusunu verəcəyik" - Mişel
Deputat: “Avropa İttifaqına üzvlük Azərbaycanın gündəliyində yoxdur”
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat