İsrail ordusu qəzzalıları anklavın şimal hissəsinə qayıtmamağa çağırıb.
“The Times of İsrael” nəşri xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) mətbuat xidməti məlumat yayıb.
İDF həmçinin, dörd günlük humanitar atəşkəsin elan olunmasına baxmayaraq, Qəzza zolağının şimal hissəsinin müharibə zonası olaraq qalması ilə bağlı xəbərdarlıq edib və bu barədə havadan vərəqələr atılıb.
Qeyd edək ki, Fələstin rəsmiləri atəşkəs başlayan kimi Qəzzadan köçənlərin evlərinə qayıtmasına çağırış edib.
Xatırladaq ki, dünən səhər saatlarından etibarən İsrail və HAMAS arasında 4 günlük humanitar atəşkəs qüvvəyə minib.
HAMAS-la İsrail 50 israilli girov və İsrail həbsxanalarında saxlanılan 150 fələstinli qadın və uşağın azad edilməsi şərtləri daxilində Qəzza zolağında dörd günlük atəşkəsə razılaşıb.
İsrail ordusu sakinləri Qəzzanın şimal hissəsinə qayıtmamağa çağırıb
24
noyabr
11:41

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat