Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) addımları Ermənistanın maraqlarına uyğun gəlmir.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında ölkəsinin KTMT-dən çıxmaq barədə qərar verməməsinin səbəblərini açıqlayarkən deyib.
Paşinyanın fikrincə, hazırda hər hansı qərar verilmir və bu məsələdə hökumət ilk növbədə Ermənistanın maraqlarından çıxış edir.
Ermənistan hökumətinin rəhbəri bildirib ki, təşkilatın addımları ölkənin maraqlarına uyğun gəlmir və hökumət bu məsələni açıq şəkildə qaldırıb, əhali arasında sual yaranmaması üçün öz mövqeyini açıq şəkildə ifadə edir:
“Biz KTMT-yə mövqeyimizi çatdırmaq üçün son fürsətdən istifadə edəcəyik. Burada səhvə yol verə bilmərik. KTMT-ni tərk etməklə bağlı Ermənistanın maraqlarına uyğun olaraq bu və ya digər qərarların qəbul edilməsi üçün siyasi iradə var.
Niyə hələ də qərar verilməyib? Biz Ermənistanın dövlət maraqlarından çıxış edəcəyik. Siyasi iradə olmasaydı, müəyyən bəyanatlar verməzdik.
Bizim sübutlarımız onu deməyə əsas verir ki, KTMT-nin fəaliyyətsizliyi və ya atdığı addımlar KTMT-nın Ermənistan qarşısında götürdüyü öhdəliklərə, Ermənistanın maraqlarına cavab vermir.
Biz ilk vaxtlarda bu barədə ictimaiyyətə açıqlama vermədik, lakin sonra hamısını açıq elan etdik. KTMT-dəki tərəfdaşlarımız da bizi başa düşməlidirlər. Əgər KTMT üzvləri onlara lazım olan yardımı və dəstəyi ala bilmirsə, eyni zamanda Təşkilata üzvlük digər tərəflərdən kömək almaq üçün maneə yaradırsa, o zaman biz öz maraqlarımıza əsaslanaraq qərar verməliyik”, - deyə Ermənistan Nazirlər Kabinetinin rəhbəri əlavə edib.
Paşinyan: KTMT-nın addımları Ermənistanın maraqlarına uyğun gəlmir
24
noyabr
16:51

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər