"KTMT-nin de-fakto hərəkətləri və ya hərəkətsizliyi onun Ermənistan qarşısında öhdəliklərinə cavab vermir".
Xarici KİV xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 24-də canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.
Paşinyan həmçinin Ermənistanın KTMT-dən niyə çıxmaq barədə qərar qəbul etmədiyini izah edib: "Biz Ermənistan Respublikasının dövlət maraqlarını rəhbər tutacağıq və əgər bu anda hər hansı qərar qəbul etmişiksə, bizim meyarımız respublikanın dövlət maraqları olub.
Hazırda qeydlərimizdə deyilir ki, KTMT-nin de-fakto hərəkətləri və ya hərəkətsizliyi onun Ermənistan qarşısında öhdəliklərinə cavab vermir. Biz əvvəldən işçi səviyyəsində elan etdiyimiz bu məsələni şəffaf şəkildə qaldırırıq. Biz KTMT-ni tam başa düşmək üçün hər şeyi edəcəyik".
Onun sözlərinə görə, Ermənistan KTMT-nin üzvü olduğu üçün siyasi və hərbi dəstək ala bilmir, KTMT-nin üzvü olmaq başqa yerlərdən silahların alınmasına maneədir.
"KTMT üzvü olduğumuz üçün hərbi dəstək ala bilmirik" - Paşinyan
24
noyabr
17:09

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər