BMT Təhlükəsizlik Şurasının İsrail və HAMAS-la bağlı sessiyası keçiriləcək.

"France 24" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin mətbuat brifinqində deyib.

O bildirib ki, Çin xarici işlər naziri Vanq İ BMT Təhlükəsizlik Şurasının İsrail-HAMAS-la bağlı noyabrın 29-da keçiriləcək sessiyasına sədrlik etmək üçün Nyu-Yorka gedəcək.

"Çin ümid edir ki, bu görüşə sədrlik etməklə atəşkəsin reallaşmasına kömək etmək üçün öz üzərimizə düşəni edə bilər", - XİN sözçüsü deyib.скачать dle 12.1