Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İsrail və HAMAS arasında müvəqqəti atəşkəsin uzadılmasını alqışlayıb.

Bununla bağlı Aİ Şurasının Prezidenti "X" hesabında bildirib.

"İsrail və HAMAS arasında hərbi əməliyyatlardakı fasilənin 2 günlük uzadılması müsbət haldır. Aİ iştirak edən tərəfdaşlara, xüsusilə ABŞ, Misir və Qətərə mühüm səylərinə görə təşəkkür edir. Mülkilərin həyatını qorumaq üçün hər şey edilməlidir - həmişə və hər yerdə", - Mişel bildirib.скачать dle 12.1